“Azəriqaz” bayram və qeyri-iş günlərindəki iş qrafikini AÇIQLADI

“Azəriqaz” bayram və qeyri-iş günlərindəki iş qrafikini AÇIQLADI

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftədə, qeyri-iş günlərində Bakı və Abşeron rayonunda yaşayan vətəndaşlara xidmət göstərəcək.

 

Sfera.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26 iyun – 2 iyul tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (iyunun 28 və 29-u istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.

 

Bildirilir ki, “Azəriqaz” əməkdaşları həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər.

 

Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...