Logo

Ayın 27-ə qədər hava belə olacaq

Ayın 27-ə qədər hava belə olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Sabah havanın temperaturu gecə 7-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11° isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR