İsmayıllı yenə sürüşür
Son günlər intensiv yağan yağışlar İsmayıllı rayonunda sürüşmə sahələrində aktivləşməyə səbəb olub.
Sfera.az xəbər verir ki, İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri RövşəN ağayevin AzVision.az-a verdiyi məlumata əsasən, rayonun Sədiyan və istisu kəndlərində torpaq sürüşməsi olub.
"Hazırda güclü sürüşmə yoxdur. Amma Sədiyan kəndində 4 ev sürüşmə sahəsindədir. 1 ev çatın üzərində yerləşir. Sakinlərin təhlükəsizliyi üçün onlara evi boşlatlmaları tövsiyyə olunub. 3 ev isə sürümə sahəsindədir, onlara baxış keçirilir. Əgər sürüşmə aktivləşərsə, onlara da evləri tərk etmələri bildiriləcək”.
R.Ağayev bildirib ki, İstisu kəndində torpaq sürüşməsi evlərə və mülki tikililərə ziyan vurmayıb: "Kəndin üzərinə torpaq axını hazırda dayanıb. Ərazidə ciddi sürüşmə müşahidə edilmir”.






