Rövşən Lənkəranski milyonluq sünnət toyunda - VİDEO

Rövşən Lənkəranski milyonluq sünnət toyunda -  VİDEO

Şəmkirli Nuruş kimi tanınan və Moskvanın "Domodedovo" bazarına rəhbərlik edən soydaşımız oğluna sünnət toyu etdirib. 

Toy Türkiyənin Antalya şəhərində, keçmişdə AST Telmana məxsus olan məşhur "Mardan Palace" otelində keçirilib. İştirakçılardan birinin musavat.com-a verdiyi məlumatda deyilir ki, Moskvadakı bir sıra bazar adamları, ticarətlə zəngin olan azərbaycanlılar bu sünnət toyunda iştirak ediblər. Maraqlı fakt həm də budur ki, bu sünnət toyunda yeraltı dünyanın kriminal liderlərindən olan Rövşən Lənkəranski də iştirak edib. Aşağıda baxacağınız videonun əvvəlində mühafizə ilə otelin toy keçirilən salonuna daxil olan məhz Rövşən Lənkəranskidir.

Toyda Türkiyənin və Azərbaycanın ən bahalı müğənniləri , o cümlədən də Ebru Gündeş oxuyub. Bu tədbirə bazarkom Nuruş milyonlarla pul xərcləyib. Nuruşu yaxından tanıyan adamlar deyirlər ki,  o, hələ ömrü boyu vətən, millət adına bir manat da xərcləməyib. Lakin eyş-işrətə, şan-şöhrətə "of" demədən milyonlarla vəsaiti göyə sovurur.

Nuruş Şəmkirin Seyfəli kəndindəndir, daha bir yerlisinin -  "Şəmkirli Məhərrəm"in yaxın adamıdır və məhz onun sayəsində böyük vəsaitlər qazanıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...