“Qara Qarayev” stansiyasında işıqlandırma sistemi yeniləndi - FOTO

“Qara Qarayev” stansiyasında işıqlandırma sistemi yeniləndi - FOTO

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında platforma və yolların işıqlandırma sistemi yenilənib.

 

Bu barədə Sfera.az-a qurumdan bildirilib.

 

Məlumata görə, yeni quraşdırılan müasir və qənaətcil led lampalar stansiyanın platformasını tam əhatə edib. Müvəqqəti işıqlandırma tətbiq edilməklə görülən işlər hərəkətin təhlükəsizliyi və sərnişindaşıma prinsiplərinə maneə törətmədən gecə növbəsində təşkil olunub.

 

Platformada köhnəlmiş və enerji sərfiyyatı daha çox olan lampalar çıxarılaraq müasir işıqlanma sistemi qurulub. Bu məqsədlə 2 lampalı (hər biri 36 Vt) 132 lüminesent çıraq çıxarılaraq əvəzinə 48 Vt-lıq 62 led panel quraşdırılıb.

 

Stansiyanın 1 və 2-ci yollarının üzərindəki 2 lampalı (hər biri 36 Vt) 145 lüminesent çıraq isə 20 Vt gücə malik 52 led panellə əvəzlənib.

 

“Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir olunmuş bir platforması ilə yanaşı, müvafiq ardıcıllıqla “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarının işıqlanma sistemi dövrün tələblərinə uyğun yenilənib.


OXŞAR XƏBƏRLƏR