FHN Lənkəranda komanda-qərargah təlimi keçirib

FHN Lənkəranda komanda-qərargah təlimi keçirib

Lənkəran rayonunda “İrimiqyaslı fövqəladə hadisələr zamanı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə qəza-xilasetmə işlərinin təşkili, həyata keçirilməsi, qüvvə və vasitələrin idarə olunması” mövzusunda komanda-qərargah təlimi keçirib.

 

Sfera.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Baş hərbi ekspertinin metodiki rəhbərliyi və Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə keçirilən təlimin məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının və qabiliyyətlərinin müəyyən edilməsi, qüvvə və vasitələrin idarəetmə sisteminin təkmilləşdirilməsi, fövqəladə hadisələr zamanı idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminat səviyyəsinin artırılması, komandir-rəis heyətinin, qüvvə və vasitələrin hazırlıq səviyyəsinin, eləcə də bütün səviyyəli qərargahların əməliyyat hazırlığının yüksəldilməsi olub.

 

Komanda-qərargah təliminə FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının struktur bölmələrinin qüvvə və vasitələri cəlb edilib.

 

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin dinc dövrdə hazırlıq dərəcələrinə gətirilməsi, bu zaman komandir-rəis heyətinin fəaliyyəti, fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili, yürüş kolonunun rəhbərinin və cəmləşmə rayonunda yerləşmə zamanı bütün növ xidmətlərin birgə fəaliyyəti işlənilib.

 

Təlimin ikinci mərhələsində fövqəladə hadisə zonasında qəza-xilasetmə işləri ilə bağlı əməliyyat qərargahının fəaliyyətinin təşkili, müхtəlif şəraitlərdə qüvvə və vasitələrin idarə еdilməsi zamanı qərargahın işi, idarəetmə üzrə sənədlərin işlənilməsi, qərar qəbulеtmə prosesində komandir-rəis heyətinin fəaliyyəti, yaranmış vəziyyət barədə məlumatların toplanması, təhlili, vəziyyətin qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və əmrlərin verilməsi, fövqəladə hadisə zonasında qüvvə və vasitələrin qruplaşdırılması, idarə olunması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və məruzələrin dinlənilməsi yerinə yetirilib.

 

Təlimin üçüncü mərhələsində Nazirliyin regionda yerləşən qüvvə və vasitələrinin fövqəladə hadisə zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı praktiki fəaliyyəti nümayiş olunub, komandir-rəis heyətinin məruzələri dinlənilib, müzakirələr aparılıb və nəticələrin qiymətləndirilməsi ilə təlimə yekun vurulub.

 

Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

FHN - Baş əməliyyat idarəsinin operativ idarəetmə şöbəsinin rəisi Namiq Abdullayev mətbuata açıqlamada bildirib ki, təlimlərə ümumilikdə 342 nəfər şəxsi heyət, 48 xüsusi texnika və avadanlıq, eləcə də iki qayıq cəlb olunub. Təlimlərin keçirilməsində əsas məqsəd FHN xilasetmə bölmələrinin iri miqyaslı hadisələrə reaksiyası və burda qüvvələrin qruplaşdırılması, fəaliyyəti və əməliyyat qərargahlarının ayrı-ayrılıqda bütün səviyyədə fəaliyyətlərindən ibarət olub.


OXŞAR XƏBƏRLƏR

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...