Bakının ən böyük bazarlarından biri köçürülə bilər - Tıxac probleminə son qoyulacaq

Bakının ən böyük bazarlarından biri köçürülə bilər - Tıxac probleminə son qoyulacaq

Bakının ən böyük tikinti materialları satılan bazarında tikinti materialları az qalsın yolun ortasında satılır.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, üstəlik həmin ərazidən keçən avtomobil yolu da olduqca ensizdir. Bu isə xüsusi ilə pik saatlarında ərazidə hərəkəti daha da çətinləşdirir.

 

"Mövcud vəziyyət sözün əsl mənasında orda fəaliyyət göstərən sahibkarları da təngə gətirib.”

 

Sahibkar Elxan Əsədov deyir ki, xüsusi ilə yük avtomobillərinin hərəkətinə günün müəyyən saatlarında qoyulan qadağa onların işini çətinləşdirib, satışa da ciddi təsir edib.

 

Sahibkarlar təklif edir ki, bu bazar şəhərin daxilindən köçürülsə onların da işi yaxşı olar. Hətta Ziya Bünyadov prospektində günün istənilən saatında yaşanan sıxlıq və ya tıxac belə azalar.

 

Qeyd edək ki, bu bazarın Böyükşor gölünə yaxın olması, ərazidə yeni ekoloji parkın və yaxud da sosial obyektlərin tikilməsi üçün əlverişli mühit yarada bilər.

 


OXŞAR XƏBƏRLƏR