Fazil Mustafa Gədəbəy hadisəsi ilə bağlı danışdı: “Belə məsələləri fürsət bilən biriləri...”

Fazil Mustafa Gədəbəy hadisəsi ilə bağlı danışdı: “Belə məsələləri fürsət bilən biriləri...”

“Zəngəzur dəhlizinin açılması uğrunda Azərbaycan dövlətinin apardığı görünən və görünməz savaş tədricən yekunlaşdıqca və işğalçı Ermənistan tərəfindən pozitiv mesajların artıq səslənməyə başladığı bir ərəfədə narahatçılıqla düşünürəm ki, görəsən ölkə daxilində hansı hadisəni təlatümə çevirərək bu tarixi prosesdən diqqət yayındırılmağa cəhd ediləcək?”

 

Musavat.com bildirir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında söyləyib. Deputatın sözlərinə görə, bu dəfə də hamımızı üzən hadisənin episentri olaraq təəssüf ki, erməni işğalına qarşı illərdir dağlarını sipər etmiş Gədəbəy seçildi: “Mən burada kənd sakinlərinin etirazlarının haqlı və ya haqsız olduğunu müzakirə etmirəm. İşin mahiyyəti budur ki, süni gölün tikilməsinə etiraz edən vətəndaşlar öz konstitusion hüquqlarından istifadə etmişlər, lakin aralarından bir neçəsi aksiya zamanı qayda-qanun yaratmağa çalışan polislərə daşlarla hücum etmiş, polislər də bu iğtişaşı yatırmaq istəyərkən yaşlı bir qadına qarşı bir polis nəfəri bibər qazından istifadə etməklə köntöy və kobud hərəkətə yol vermişdir. Anlaşılan bir durumdur: burada yaşayan vətəndaşlar öz sağlamlığına qarşı təhlükə olduğunu iddia edərək etirazını bildirir, asayiş keşikçiləri də bu etirazın qanun çərçivəsini aşmamasını tələb edirlər. Ancaq birdən-birə sosial şəbəkədə elə bir tozanaq qopur ki, sanki bir tərəfdə düşmən, digər tərəfdə xalq üz-üzə durublar”.

 

F.Mustafa bildirdi ki, bununla da bir polisin köntöy hərəkətini bütün Azərbaycan polisinə qarşı nifrət dalğasına çevirərək, dövlət hakimiyyətinə qarşı etimadsızlıq havası yaradılmağa çalışılır: “Təqdiredici hal odur ki, dərhal Daxili İşlər Nazirliyi xüsusi təhqiqat qrupunu bölgəyə göndərir ki, baş vermiş hadisədə yaşlı vətəndaşa qarşı kobud davranmış şəxsləri aşkara çıxarıb məsuliyyətə cəlb etsin. Yəni hər cür bəhanəni kəsəcək addım atır. Yenə də sosial şəbəkədəki virtual ürəklər soyumur, müxtəlif vəzifəli şəxsləri hədəfə alaraq gərginliyi artırmağa çalışırlar. Ardınca ölkənin baş naziri dərhal ekologiya nazirinin rəhbərliyi ilə komissiya yaradır və məsələni mahiyyəti üzrə araşdırmaq üçün bölgəyə göndərir.

 

Komissiya üzvləri də vətəndaşlarla görüşərək onları narahat edən məsələləri həll edəcəklərini ictimaiyyət qarşısında açıq şəkildə bildirirlər. Buradan o tərəfə daha nə olmalıydı? Vətəndaş etiraz edir, dövlət də bu etirazı nəzərə alıb tədbirlər görməyə başlayır. Anlaşılmayan budur ki, belə məsələləri fürsət bilən biriləri işin içinə dərhal siyasəti qarışdırıb ekoloji şüarları siyasi şüarlarla əvəz edərək odun üstünə daha çox benzin tökmək yarışına girirlər. Bir ara bizdə şüar vardı: “Qarabağı unutma!” Bu şüar indi də aktuallığını qoruyur. Ancaq Gədəbəydə süni göldən sosial şəbəkədə süni balıqlar tutmağa çalışanların küyünə gedənlər bu ərəfədə “Zəngəzur dəhlizi uğrunda dövlətimizin apardığı savaşa məqsədli şəkildə yaxud da öz sadəlövhlüyünüzlə mane olmayaq!” cümləsini təkrarlasalar, düşünürəm ki, daha fəzilətli davranış sərgiləmiş olardılar”.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...