Azərbaycanda ən çox hansı məhsullara görə reklam verilir? – RƏQƏMLƏR

Azərbaycanda ən çox hansı məhsullara görə reklam verilir? – RƏQƏMLƏR

2022-ci ilin nəticələrinə görə Azərbaycanda 20 493 reklam müqaviləsi bağlanıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bir il ərzində reklam müqavilələrinin sayı 3 677 ədəd və ya 22 faiz artıb. 


Bağlanmış müqavilələrin yarıdan çoxu xidmət sektoru ilə bağlı olub. Xidmətlər üzrə reklam müqavilələrinin sayı 10 821 ədəd olmaqla cəmi müqavilələrin 52,8 faizini təşkil edib. Son bir ildə xidmət sektoru üzrə reklam müqavilələrinin sayı cəmi 766 ədəd artıb. 


Ərzaq məhsullarının reklamı ilə bağlı 6 037 müqavilə bağlanıb. Bir ildə bu mal qrupu üzrə müqavilələrin sayı 2 478 ədəd artıb. 


Qeyri-ərzaq mallarının reklamı ilə bağlı isə 3 557 reklam müqaviləsi imzalanıb. Bu mal qrupu üzrə müqavilə sayı 629 ədəd  artıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR