Logo

Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Kəmaləddin Heydərov icra başçısının oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Qeyd edək ki, Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR