Azərbaycanda reklam bazarının həcmi 100 milyon manatı ötüb

Azərbaycanda reklam bazarının həcmi 100 milyon manatı ötüb

Azərbaycanda ötən il reklam bazarının ümumi həcmi ilk dəfə olaraq 100 milyon manatı ötüb. 2021-ci ildə 98,96 milyon manat olan bazarın həcmi 2022-ci ildə 44 faizə yaxın artaraq 143,86 milyon manata yüksəlib. 


Sfera.az xəbər verir ki, bazarın 138,3 milyon manatlıq hissəsi reklam fəaliyyətindən ibarət olub. Reklam fəaliyyəti bir ildə 42,6 milyon manat genişlənib.


Reklam fəaliyyətində ən çox pul reklamın yayımlanmasına ayrılıb. Bu istiqamət üzrə 56,5 milyon manat xərclənib və son bir ildə 24,5 milyon manat artım qeydə alınıb. 


Reklam yayımında daha çox pul açıq məkanda yayımlanan reklamlara xərclənib. Açıq məkanda reklam yayımına ayrılan vəsait 30 milyon manata çatmaqla digərlərindən çox olub. Bir il əvvəl açıq məkanda reklam yayımlarına 10,9 milyon manat ayrılmışdı. 


Kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan gəlir 16,1 milyon manat olub. Bu istiqamət üzrə gəlirlər cəmi 1,32 milyon manat artıb. 


O cümlədən teleradio proqramlarında  gəlir 1,7 milyon manat artaraq 15 milyon manata, dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda gəlir isə 589 min manat azalaraq 735 min manata düşüb.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR