Logo

Azərbaycan mahnısına görə rejissora qadağa qoyuldu

Azərbaycan mahnısına görə rejissora qadağa qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Urmiya şəhərində nümayiş etdirilən, Azərbaycan mahnı və rəqsinə görə səhnədən yarımçıq yığışdırılan "Şəhriyar" tamaşasının müəllifi, rejissor Vəli Lütfduxtun fəaliyyətinə 3 illik qadağa qoyulub.

Sfera.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi açıqlama verib.

“Tamaşa iki gün (20-21 iyun) səhnədə olacaqdı. Ancaq tamaşanın ilk günü aktyorların səhnədə oynaması və mahnı oxumasına görə onun yığışdırılmasına qərar verildi”, - Novruzi bildirib.

Qeyd edək ki, Məhəmməd Hüseyn Şəhriyarın həyatından bəhs edən "Şəhriyar" tamaşası Urmiyanın "Şəms" salonunda səhnəyə çıxarılmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR