İcra başçılarının müavinlərinin sayı azaldılır - RƏQƏMLƏR

İcra başçılarının müavinlərinin sayı azaldılır - RƏQƏMLƏR

Azərbaycanda son illərdə yerli icra hakimiyyəti başçılarının müavinlərinin sayında müşahidə edilən azalma dinamikası 2022-ci ildə də davam edib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il başçıların müavinlərinin sayı 13 nəfər azaldılaraq 207 nəfər olub. 


İcra başçılarının müavinlərinin sayında azalma 2016-cı ildən sonra davamlı hal alıb. 2016-cı ildə 257 olan müavin sayı 2018-ci ildə 249, 2020-ci ildə 224, 2021-ci ildə 220 olub.


Qeyd edək ki, müavin vəzifəsi dövlət qulluğuna aid edilən vəzifələrdəndir. Yerli icra hakimiyyətində icra başçısı siyasi vəzifə tutan şəxs hesab edildiyindən rayon və şəhərlərdə müavinlər ən yüksək səlahiyyətli dövlət qulluqçusu hesab olunurlar.  


İcra başçısının müavini 4-cü təsnifat üzrə inzibati vəzifə sahibidir. Dövlət qulluğundan bundan yüksək vəzifə ali-3-cü təsnifatlar üzrə inzibati vəzifələrdir. 


Son illərdə yerli icra hakimiyyətinin başçılarının sayının azaldılmasının konkret hansı səbəblə bağlı olduğu bəlli deyil. Bununla belə müavin sayının azaldılmasını ümumən dövlət qulluğunda çalışanların sayının azaldılması ilə əlaqələndirmək olar. 2016-cı ildən sonra dövlət qulluğunda çalışanların sayı 30 090 nəfərdən 2022-ci ildə 27 139 nəfərə qədər azaldılıb. Bu dunamikaya uyğun olaraq müavin sayı da azaldılıb. 


Amma 2022-ci ildə dövlət qulluğunda çalışanların sayı 484 nəfər artırılıb. Ümumi sayda artım olsa da, müavinlərin sayı artmayıb, əksinə bir qədər də azaldılıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR