“Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI

“Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI

“Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə “ümumi təyinatlı” yeni ixtisaslaşma yaradılıb.

 

Sfera.az-a bu barədə "Naxçıvan" Universitetindən məlumat verilib. Bildirilib ki, yeni ixtisaslaşmanın tədrisinə bu ildən etibarən başlanılacaq. 
 

"Naxçıvan" Universitetin tədris şöbəsinin müdiri, f.ü.f.d., Anar Abuzərli açıqlamasında bildirib ki, universitetinin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda iş həyatına hazırlamaqdan ibarətdir. Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək. 


Həmçinin qeyd edilib ki, təhsilin davam etmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub. 


OXŞAR XƏBƏRLƏR