Nazir diplomat qalmaqalından danışdı - Açıqlama

Nazir diplomat qalmaqalından danışdı -  Açıqlama

Xarici işlər nazir Elmar Məmmədyarov 2015-ci ilin yekunlarına dair bir qrup yerli media orqanlarının suallarını cavablandırıb. Sfera.az xəbər verir ki, nazir eyni zamanda, Xarici İşlər Nazirliyinin bəzi əməkdaşlarının qurum sıralarından uzaqlaşdırılması və ya könüllü xaricdə qalan əməkdaşları haqda danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqətin sayəsində xüsusən son on il ərzində Azərbaycanın peşəkar və hazırlıqlı diplomat korpusu formalaşıb, Xarici İşlər Nazirliyinin maddi-texniki bazası gücləndirilib, yeni diplomatik nümayəndəliklər açılmış, milli təhsil sistemində və dövlət qulluqçularının peşə hazırlığının artırılmasında xüsusi rolu olan ADA Universiteti yaradılıb.

Dövlət qulluğunun xüsusi forması olan Xarici İşlər Nazirliyində işə qəbul, işçilərin peşəkar hazırlığı və vəzifə səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar ciddi tələblər vardır.

Bu gün Azərbaycanı təmsil etmək kimi şərəfli adı daşıyan, dövlətə və xalqa sadiq olan diplomatlarımız çətin iqlim şəraiti, ağır təhlükəsizlik və kriminogen durumu olan və hətta yolxucu xəstəliklərin geniş yayıldığı ölkələrdə layiqincə və vicdanla xidmət edirlər. Xarici İşlər Nazirliyinin təlimat və tapşırıqlarına uyğun olaraq, onlar ölkəmizə qarşı xaricdən ola biləcək hədə və təhdidlərin müəyyən edilməsi, ölkəmizin milli maraqları, siyasi-iqtisadi və digər mənafelərinin qorunması, xaricdə vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi naminə çalışırlar. Müsbət haldır ki, Xarici İşlər Nazirliyi sistemində iş təcrübəsi olan əməkdaşlar bu gün digər dövlət qurumlarında da çalışaraq, dövlətçiliyimizə xidmət edirlər.

Digər dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olması istisna deyildir. Bu kimi faktlar müəyyən edildiyi halda, müvafiq araşdırma aparılaraq, işdən xaric etmək də daxil olmaqla, ciddi intizam tədbirləri görülür. 

Əməkdaş tərəfindən hər hansı bir xidməti nöqsana yol verildiyi halda, Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, kompleks yanaşma tətbiq edilir. Onun dövlətə və xalqa sadiqliyi, qüsursuz xidməti fəaliyyəti, əqidəsi, peşəkarlığı, xidmətə uyğunluğu və sair bu kimi amillər nəzərə alınaraq, qərar qəbul edilir. Xidmətdən azad edilmiş hər hansı şəxs özünün və ailəsinin yaşayış yerini seçməkdə sərbəstdir. Qanunun tələblərinə uyğun olaraq, belə intizam tədbirləri həmişə olub və bundan sonra da davam etdiriləcəkdir.

Amma burada əmək müqaviləsinə xitam verilmiş bir neçə şəxsdən söhbət getdiyi halda, bəzi qərəzli internet media orqanlarının məsələni qəsdən şişirtməsi, vicdan və ləyaqətlə ölkəmizə xidmət edən bütün Xarici İşlər Nazirliyi sistemi əməkdaşlarına şamil edilməsi və ya qarayaxma cəhdləri yolverilməzdir”.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...