“Zülfüqar Hüseynzadənin yoxluğu Azərbaycan jurnalistika cameəsi üçün böyük bir itkidir” - Cavanşir Feyziyev

“Zülfüqar Hüseynzadənin yoxluğu Azərbaycan jurnalistika cameəsi üçün böyük bir itkidir” - Cavanşir Feyziyev

“Vətəndən uzaqda ikən çox üzücü bir xəbər aldım. Qarabağın azad olunması kimi ən müqəddəs arzusuna çatdıqdan sonra daim doğma Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayan istedadlı jurnalist, gözəl insan, fədakar dost və mehriban ata Zülfüqar Hüseynzadə həyatının ən şirin çağında, 52 yaşında doğulduğu Başlıbel kəndində qəflətən vəfat edib.” – Ulusal.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili qeyd edib ki, Zülfüqar Hüseynzadənin yoxluğu Azərbaycan ziyalıları üçün, məsuliyyətli jurnalistika cameəsi üçün, ailəsi, doğmaları və bütün onu tanıyanlar və sevənlər üçün böyük və əvəzsiz bir itkidir.

 

“Bu ağır itkidən sarsılan hamıya, xüsusilə Zülfüqarın ailə üzvlərinə və doğmalarına səbir və başsağlığı diləyirəm. Allah rəhmət eləsin!”- deyə Cavanşir Feyziyev bildirib.


OXŞAR XƏBƏRLƏR