DSX-nin hərbi qulluqçusu intihar etdi

DSX-nin hərbi qulluqçusu intihar etdi

Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

 

Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən xəbərə görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

 

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

 

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.


OXŞAR XƏBƏRLƏR