Psixiatriya xəstəxanasına salınmışdı, altı il sonra həbsə göndərildi

Psixiatriya xəstəxanasına salınmışdı, altı il sonra həbsə göndərildi

Altı il əvvəl bir milyonluq dələduzluqda təqsirli bilinərək məhkəmə hökmü ilə psixiatriya xəstəxanasına yerləşdirilən H.Allahverdiyevanın işi yenidən araşdırılıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə H.Allahverdiyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmdə deyilir ki, ittiham olunan şəxs artıq psixoloji xəstəlikdən əziyyət çəkmir, buna görə də cəzaçəkmə müəssisəsinə göndərilməlidir.

 

Qeyd edək ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində H. Allahverdiyevaya hökm oxunub.

 

Məhkəmə H.Abdullayevanın cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

 

Zərərçəkmiş şəxslər hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi yenidən psixi ekspertiza keçirib. Ekspert H.Allahverdiyevanın sağalması barədə rəy verib.

 

Bundan sonra birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...