Logo

Röya valideynlərinə səsləndi: “İmkan verin, oğlumu böyüdüm”

Röya valideynlərinə səsləndi: “İmkan verin, oğlumu böyüdüm”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Röya Ayxan yaradıcılığı, şəxsi həyatı və oğlu haqqında maraqlı açıqlamalar verib.

Müğənninin Teleqraf.com-a açıqlamasına görə, o gələn il İstanbulda konsert

proqramı ilə çıxış edəcək: “Bu il “Kesin bilgi” mahnısını təqdim etdik. Gələn il isə

çox böyük bir sənətkarla işbirliyinə başlayacağıq. O, çox sevdiyim sənətçidir”.

Müğənni devalvasiyaya görə ölkəmizdə baş verənlərə də biganə qalmayıb:

“Hazırda hamı üçün sınaq dövrü başlayıb. Ailədə bir adam deyil, bütün ailə üzvləri

işləməlidir. Hazırda ailə üzvlərimizə mən baxıram. Əsgərliyə gedən, yaxud evlənən

olsa birinci Röyaya zəng edirlər. Çünki ailədə yalnız mən işləyirəm.  İnsan ayaq üstə

durmağı bacarırsa hamıya dəstək olmalıdır. Öləndə bu dünyadan heç kim heç nə

aparmayacaq. Əgər mən dostuma görə qırğın çıxarıramsa, görün valideynlərim üçün

nələr edərəm? Mən onları çox sevirəm”.   R.Ayxan 2016-cı ildən gözləntilərini də dilə

gətirib: “Gələn ildən çox şey gözləyirəm. Çox xoşbəxtəm. Oğlum məktəbə gedir.

Planlarımı reallaşdırmışam. Bacımla, qardaşlarımla bağlı arzularımı yerinə yetirdim.

2016-cı ildə hər birimizə barış, sülh arzulayıram. 2016-cı il qırmızı meymun ilidir.

Meymun çox şıltaqdır, dəlidir.  Yəqin şən yaşayacağıq. Dünyada ən yaxşı

dövlətlərdən birində yaşayırıq. Qədrini bilək”.   Müğənni onu da dedi ki, oğlu Hüseyn

sosial şəbəkələrdə onun şəkillərinə baxıb hirslənir:  “Fanatlarım “İnstagram”da mənim

fotolarımı paylaşan zaman oğlum deyir ki, sənin şəkillərini  niyə paylaşırlar? Bundan

sonra sənin şəkillərini paylaşmasınlar. Mənim anamsan, onların anası deyilsən ki.

Həyatda onun üçün yaşayıram. Hamı üçün hər şey etmişəm. İndi valideynlərimə deyirəm ki,

imkan verin, oğlumu sağ-salamat böyüdüm, təhsil verim”.   Röya arıqlamağının da səbəbini

açıqlayıb: “Mən İstanbula gedəndə həmişə arıqlayıram. Orada yemək yeyə bilmirəm.

Ancaq mərci supu və balıq yeyirəm. Onu da nə qədər yemək olar? Demək olar ki, ağ pendirlə yaşayıram”.

(teleqraf.com )

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR