Azərbaycanda pensiya bu tarixdə ARTIRILACAQ - AÇIQLAMA

Azərbaycanda pensiya bu tarixdə ARTIRILACAQ - AÇIQLAMA

"Azərbaycanda bu il pensiya artımı olmayacaq".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, artımlar qaydalara əsasən, ilin əvvəlində olur:


"Pensiya artımı qaydaları var, hər ilin əvvəli ötən ilin orta aylıq əməkhaqqına uyğun olaraq pensiyalar artırılır. Ona görə də, bu il üçün artım nəzərdə tutulmur. Lakin gələn il pensiyalar artırılacaq".

 

İqtisadçı həmçinin çörək qiymətlərindəki vəziyyətə də toxunub:

 

"Çörəyin qiymətinə gəldikdə, dünya bazarında taxılın qiymətinin ucuzlaşması davam edir və öz pik qiymətlərindən çox uzaqlaşıb. Bu baxımdan biz çörək qiymətlərində azalma gözləyirik, nəinki bahalaşma. Çörəyin qiymətləri dünya bazar qiymətlərindən asılıdır. Ona görə də, unun qiymətlərində ucuzlaşma olduqca, çörəyin də qiyməti düşəcək. Lakin bu, ciddi azalma olmayacaq".(Mətbuat.az)


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...