Zaur Darabzadə polislə olan insidentindən danışdı

Zaur Darabzadə polislə olan insidentindən danışdı

"Kiçik bir anlaşılmazlıq oldu və bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər".

 

Sfera.az xəbər verir ki, bu fikirləri “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə deyib.

 

O bildirib ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi onun xeyrinə qərar çıxarıb:

 

"Əziz və hörmətli izləyicilər,

 

Yəqin ki, mətbuatda mənimlə polis arasında insident olduğu məzmunlu xəbərlərlə rastlaşmısınız. Bu barədə çox soruşanlar olsa da heç kimə hər hansı bir açıqlama verməmişdim.

 

Öncəliklə qeyd edim ki, mən heç bir qanun pozuntusuna yol verməmiş, həmin gün üçün xüsusi icazə tələb edilən əraziyə keçməyi nəzərdə tutan müvafiq buraxılış vərəqəm (icazəm) var idi.

 

Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi xeyrimə qərar çıxardı və qanun pozuntusuna yol vermədiyim sübut edildiyi üçün inzibati xəta üzrə icraata XİTAM verildi.

 

"Bu minvalla ədalətli qərar üçün Sumqayıt şəhər və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə, xüsusilə vəkilim İsrafil Əliliyə dərin təşəkkürümü bildirirəm.

 

Zaur Darabzadə ki, qeyd edib ki, kiçik bir anlaşılmazlıq olub:

 

"Bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər. Lakin istədiklərinə nail olmadılar. Çünki mən dövlətimizi çox sevir və məsuliyyətli bir vətəndaş olaraq qanunlarımıza hörmətlə yanaşıram.

 

Hər bir Azərbaycan vətəndaşı kimi, mən də hüquq-mühafizə orqanlarımızla və bununla yanaşı polis əməkdaşlarımız ilə qürur duyuram. Məhz onların əvəzsiz və fədakar fəaliyyətinə görə sabit və təhlükəsiz ölkədə yaşayırıq.

 

Allah Azərbaycanımızı qorusun!"

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...