General Akif Çovdarov pensiya almaq üçün iddia qaldırdı, əsgər rütbəsinə ENDİRİLDİ

General Akif Çovdarov pensiya almaq üçün iddia qaldırdı, əsgər rütbəsinə ENDİRİLDİ

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovdarov hərbi qulluqçu pensiyası almaq üçün iddia qaldırıb.

 

Sfera.az  xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb.

 

Akif Çovdarov 47 il iş stajının olduğunu, o cümlədən 11 il MTN-də idarə rəisi işlədiyini bildirib. O, həmçinin 2012-ci ildən həbs olunduğu günə qədər general-mayor rütbəsi ilə xidmət etdiyini məhkəmənin diqqətinə çatdırıb.

 

Məhkəmə iddianı təmin etməyib. Məlum olub ki, məhkəmənin təqdimatına əsasən Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib.

 

Məhkəmə qərarında göstərilib ki, iddiaçı-Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yoxdur.

 

Akif Çovdarov qərardadla razılaşmayaraq apellyasiya şikayəti verib. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.

 

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bir müddət əvvəl isə Ali Məhkəmə sözügedən qərarı ləğv edib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...