Məktəb çıxışında salfet satan azərbaycanlı uşaq - FOTO
Kateqoriya məlum deyil Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə olBakıda Emin adlı məktəbli dərsdən sonra salfet sataraq pul qazanır. Bizimyol.info xəbər verir ki, "facebook" istifadəçisi Sevincin yazdığına görə, Emin dərsdən sonra məktəb çıxışnda salfet satır: "Oğlanın adı Emindi. Dediyinə görə məktəbə də gedir. Bilmirəm o, dərsdən çıxmışdı ya dərsə sonra girəcəkdi. 1 manat kömək edə bildim. Başını sığalladım, üzündən öpdüm. "Ağıllı balasan" dedim. O isə sıxılırdı zatən. Lap sıxıldı. Gözlərim doldu. Sonra uzaqlaşanda Nilufər dedi ki, ana, sən yaxşı adamsan. Dedim ki, qızım, yaxşı adam olsam, o uşaq əlində kitab dayanardı orda, salfetka ilə dayanmazdı. Yaxşı adam deyiləm, qızım. Yaxşı adam ola bilmirəm, gücüm çatmır! Sonra avtobusda Rəşid zəhləmi tökdü. Maşın aldırmaq istəmişdi, almamışdım. Oğlum o qədər balacadı ki, hələ...... bu dünyanın necə bir yer olduğunu hətta təsəvvür belə etmir. Amma, o balaca oğlan artıq dünya nədi bilir. Belə tez bilməsəydi kaş ki..."