Məşhur "Alagöz" Mədəniyyət Könüllüləri tərəfindən yeni ifada - Qurtuluş günündə maraqlı layihə + VİDEO

Məşhur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən silsilə layihələr həyata keçirilir.

 

Bu dəfə isə Ulu Öndərimizin daha bir sevimli mahnısı olan "Alagöz" fərqli bir quruluşda ifa edilmişdir.

 

Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus olan və Rəşid Behbudovun repertuarından ifa edilən  “Alagöz” mahnısı Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilir.

 

Məşhur "Alagöz" bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunmuşdur. Tarda ifa Əməkdar artist Şəhriyar İmanova aiddir.

 

Layihənin bədii rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Beynəlxalq Muğam Mərkəzində baş tutmuşdur.

 

Mədəniyyət Könüllüləri İctimai Birliyinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə belə layihələr yeni səslər və simaların tanınması məqsədilə davamlı olaraq ictimaiyyətə təqdim olunacaqdır.

 

Ü. Bəbirli qeyd etmişdir ki, "Bu layihəni Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq məhz 15 İyunda təqdim etmək istədik və çox sevinirik ki, bunu edə bildik. Biz hər zaman Öndərimizin yolundayıq".

 


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...