Logo

“Qardaşlaşmış məktəblər” - FOTOLAR

“Qardaşlaşmış məktəblər” - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türk dünyasının birliyini, qardaşlığını və böyüklüyünü bütün dünyaya bildirməyin ən layiqli yollarından biri təhsil və mədəniyyətdir. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər və bir çox fəaliyyətlərin aparılması nəzərdə tutulur.

Sfera.az xəbər verir ki, “Qardaş məktəb” layihəsi çərçivəsində qardaş ölkə Türkiyənin Çanaqqala şəhərinin “75 il” ibtidai məktəbinin rəhbər və müəllim heyyəti 27-31 May tarixlərində Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbinin qonağı oldu.

Bir ölkənin ən gözəl şəkildə tanıdılması onun tarixininnin tanıdılmasından keçir. Qardaş ölkənin təhsil nümayəndələri Azərbaycanı daha yaxından tanıtmaq üçün ilk öncə paytaxtımızın qədim tarixi məkanlarının qonağı oldu. Qonaqlar tariximizin və memarlığımızın nadir incisi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda, Şirvanşahlar saray kompleksi, Qız qalası, Qoşa qala qapıları, tarixi küçələri və məkanlarını gəzdikcə “Odlar yurdu” diyarımızın tarixinə heyranlıqlarını və vurğunluqlarını gizlətmirdilər. Səfərin ikinci günü qonaqlar Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş insanların uyuduğu Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular. Sonra qonaqlar Şəhidlər Xiyabanını, və Şəhidlər Xiyabanında ucaldılmış Türk şəhidliyi abidəsini ziyarət etdilər.

Günün sonunda qonaqlar quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan "Balaca kişilər" tamaşasının premyerasına baxdılar. Vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirən tamaşaya göz yaşlarını saxlamadan baxmaq mümükün olmadı.

29 May tarixində Güləbətin Tağıyeva 1a sinif şagirdləri ilə birlikdə “Biz öyrəndik” adlı maraqlı tədbir ilə qonaqları salamladı. Tədbirdə Türkiyəli qonaqlarla yanaşı, Bakı Şəhəri üzrə Təhsilİdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Bibixanım İbadova və məktəbin müəllim heyyəti iştirak etdi.

Vətənpərvərlik hissləri ilə zəngin bu tədbirdə şagirdlər tərəfindən kiçik səhnəciklər və xarıbülbülün tarixinə toxunaraq xüsusi libasla rəqs təqdim olundu. Dilimizin zənginliyi, şirinliyi hələ birinci sinfi bitirməyən şagirdlər tərəfindən ən gözəl şəkildə qonaqlara çatdırıldı. Tədbirin sonunda qonaqlar çıxış edərək bu cür tədbirlərin keçirilməsi qardaşlaşmış məktəblər arasında milli mənəvi dəyərlərin yaranmasında, təcrübə mübadiləsinin genişlənməsində böyük rolu olduğunu qeyd etdilər.

Qonaqlar 30-31 May tarixində məktəbə təhsil mühiti ilə tanış oldular. Qonaqları Səkinə İsmayılovanın rəhbərliyiyi ilə 2c sinif fidanları qarşılayaraq, hazırladıları rəqs kompozisiyasındakı elementlər və geyim formaları ilə birlik və qardaşlığın bariz nümunəsini ən gözəl şəkildə təqdim etdilər.

Daha sonra məktəbin rəhbəri Xuraman Osmanova qonaqları məktəblə tanış etdi. Qonaqlar təcrübə mübadiləsi məqsədli dərslərdə iştirak etdilər. Tamaşa Eyvazovanın 1d sinfində, Zümrüd Bayarmovanın 3a sinfində hazırlanan Azərbaycan dili, Şəlalə Quliyevanın 4d və Aytən Soltanovanın 3d sinfində tədim olunan riayaziyyat dərsi, Təranə İsmayılovanın 2d sinfində Həyat bilgisi dərsindən “Hansı peşə gözəldir” adlı nümunəvi dərsləri müzakirə edilərək fikir mübadiləsi aparıldı. Dərs dinləmələrdə və müzakirələrdə Türkiyəli qonaqlarla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə və müəllimlər iştirak etdilər.

“Qardaş məktəb” layihəsi çərçivəsində hər iki ölkənin təhsil ocaqları təcrübə mübadiləsi apraraq, türk dünyasının varisi olan şagirdlərin inkişafı, onların parlaq, uğurlu gələcəkləri, əhatəli dünyagörüşünün olması üçün iki məktəb arasında görəcəkləri işlər haqqında fikirlər bildirib bir sıra təkliflər irəli sürdülər.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR