Logo

Bloger keçmiş həyat yoldaşı tərəfindən şantaj olunduğunu açıqladı

Bloger keçmiş həyat yoldaşı tərəfindən şantaj olunduğunu açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bloger Günay Mehdiyeva keçmiş həyat yoldaşı Fərdi Əliyev tərəfindən şantaj olunduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, o, ayrıldıqlarını və xəyanətlə üzləşdiyini deyib:

"Onu çox sevmişəm deyə hər dəfə bağışlamışam. Hər şeyi görmüşəm, dalaşmışam, ayrılacağam demişəm, amma etməmişəm. Mənim şəkillərimi, nömrələrimi yayır. Məni şantaj edir".

Bloger adından teleqramda kanallar açıldığını, bununla bağlı polisə müraciət etdiyini deyib:

"Teleqramda adıma səhifə açanlar, mənim heç bir şəklim heç kimin əlində ola bilməz. Çünki polis yanımdadır. Sizin o izləmə üçün açdığınız səhifələri bir-bir gözünüzə soxacağam.

Bundan sonra nə qorxum var, nə də çəkinəcəyim. Haqlıyam, bunu qanunla sübut etmişəm, sona qədər də edəcəyəm. Haqqımda artıq-əksik bir şey görsəm, başınıza gələcəkləri düşünün. Araşdırın, qanun qarşısında təhqirin, şər-böhtan atmağın cəzası nədir, ona görə davranın. Çünki bundan sonra heç kimə yazığım gəlməyəcək".

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR