Logo

Əli Əsədov Putinlə görüşdü - FOTO

Əli Əsədov Putinlə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

Sfera.az xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

Əli Əsədov Putinlə görüşdü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR