Logo

Sükan arxasında öldü, maşını işıqfora çırpıldı - FOTO

Sükan arxasında öldü, maşını işıqfora çırpıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Gəncədə avtomobil idarə edən şəxs sükan arxasında vəfat edib.

Sfera.az xəbər verir ki, şəhərin Nizami prospektində qeydə alınan hadisədə 1960-cı il təvəllüdlü İlqar Yusibovun idarə etdiyi “Hyundai” markalı maşın işıqfora çırpılıb.

Araşdırma zamanı məlum olub ki, hadisə sürücünün sükan arxasında infarkt keçirməsi nəticəsində baş verib. 63 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım əməkdaşları və yol polisi cəlb olunub.

Sükan arxasında öldü, maşını işıqfora çırpıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR