Logo

Azərbaycanda yaşayış evlərinin 77 faizi şəhərlərdə inşa edilir – RƏQƏMLƏR

Azərbaycanda yaşayış evlərinin 77 faizi şəhərlərdə inşa edilir – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda yaşayış evlərinin böyük hissəsi şəhərlərdə inşa olunur. Rəsmi rəqəmlər göstərir ki, 1990-cı illərlə müqayisədə kənd yerlərində yaşayış evlərinin tikintisində nəzərəçarpacaq azalma var.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 1990-cı illərin əvvəlində kənd yerlərində 1,2-1,6 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verildiyi halda 2022-ci ildə kənd yerlərində tikilən evlərin ümumi sahəsi 604 min kvadrat metr olub.

2021-ci ilə nisbətən kənd yerlərində istifadəyə verilən yaşayış evlərinin sahəsi 82 min kvadrat metr artsa da 1990-cı illərin əvvəli ilə müqayisədə xeyli azdır.

1990-cı illərin əvvəlində ən çox yaşayış sahəsi kənd yerlərində inşa olunurdu. Hətta 1996-cı ildə yaşayış evlərinin tikintisində kəndlərin payı 63 faizə çatmışdı. Amma bu göstərici 2022-ci ildə 23 faiz təşkil edib.

Rəsmi statistikaya əsasən, 1990-cu illərdə Azərbaycanda əhalinin 53 faizi şəhərlərdə, 47 faizi kəndlərdə qeydiyyatda olub. Bu nisbət 2022-ci ildə də dəyişməyib. Nisbətin olduğu kimi qalmasına baxmayaraq, 2022-ci ildə şəhər yerlərində yaşayış evlərinin tikintisinin kənd yerlərindən kəskin fərqlənməsi ondan xəbər verir ki, əhalinin faktiki olaraq 60-70 faizi şəhərlərdə yaşayır, həmçinin şəhər yerlərində əhalinin gəlir səviyyəsi daha yüksəkdir.

Urbanizasiyalaşma nəticəsində ötən il şəhərlərdə təxminən 2 milyon kvadrat metr, yəni kəndlərlə müqayisədə 3 dəfədən çox yaşayış evləri tikilib. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə əhalinin şəhər yerlərində məskunlaşmasının genişlənməsi davam edəcək.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR