Azərbaycan əhalisinin əldə etdiyi gəlirlər 69 milyard manata çatıb 

Azərbaycan əhalisinin əldə etdiyi gəlirlər 69 milyard manata çatıb 

2022-ci ildə Azərbaycan əhalisinin əldə etdiyi gəlirlər 68,916 milyard manat olub. 


Sfera.az xəbər verir ki, gəlirlərin daha çox hissəsi sahibkarlıq fəaliyyətindən əldə edilib. Bu fəaliyyət sahəsi üzrə 27,75 milyard manat gəlir olub. 


Maaş və bu kimi digər gəlirlər 26,5 milyard manat, mülkiyyətdən gələn gəlirlər 2,25 milyard manat təşkil edib. Əhalinin əldə etdiyi gəlirlərin digər önəmli hissəsi cari transfertlər olub. Bu mənbə üzrə gəlirlər 12,4 milyard manatı ötüb. 


Əhali əldə etdiyi gəlirin 57,7 milyard manatını son istehlak xərclərinə yönəldib.


Ödənilən cari transfertlərə 7 milyard manat, mülkiyyətdən ödənilən gəlirlərə görə isə 1,047 milyard manat xərc olub. 


Bütün xərclər çıxıldıqdan sonra əhali bir ildə 3,15 milyard manat pul yığa bilib. Yığılan məbləğin adambaşına düşən hissəsi 311 manat olub. 


Müqayisə üçün bildirək ki, 2021-ci ildə əhalinin qənaət etdiyi vəsait 1,83 milyard manat idi. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...