Logo

MN: Bu ay 200 ha ərazi minalardan tam təmizlənib

MN: Bu ay 200 ha ərazi minalardan tam təmizlənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

MN-dən Sfera.az-a verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR