Siyəzəndə icra nümayəndəsinin müavini öldü - FOTO
Cəmiyyət
19:12 / 05.06.2023
3453
Siyəzəndə icra nümayəndəsinin müavini dəniz sahilində keçinib.
Sfera.az xəbər verir ki, hadisə bu gün Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində, sahildə qeydə alınıb.
Belə ki, Siyəzən İcra Hakimiyyəti başçısının Beşdam kənd icra nümayəndəsinin müavini, 46 yaşlı Cabbar Camal oğlu Cabbarovun dəniz kənarında meyiti tapılıb.
Onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Siyəzən Rayon Prokurorluğunda araşdırma başlanılıb. (Bizim.Media)