Logo

Tbilisi prospektində həyəcanlı anlar - sürücünün ürəyi tutdu, maşın avtobusa çırpıldı

Tbilisi prospektində həyəcanlı anlar - sürücünün ürəyi tutdu, maşın avtobusa çırpıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub.

Bu barədə Sfera.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Tbilisi prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb.

Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR