Logo

İntihar edən məhbus İlqar Əliyevin kamera yoldaşı idi? - Rəsmi

İntihar edən məhbus İlqar Əliyevin kamera yoldaşı idi? - Rəsmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı istintaq təcridxanasında intihar etmiş şəxs bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olmayıb.

Sfera.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, Bakı istintaq təcridxanasında intihar etmiş 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə yayılanlar yalan məlumatlardır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmamış, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilmişdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR