Bu rayonda 3 tona yaxın saxta yağ aşkarlandı
Kateqoriya məlum deyil
Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Sfera.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları 47 yaşlı Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kiloqram qarışıq yağ, 90 kiloqram qaymaq və 126 kiloqram pendir məhsulları aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.






