Razini döydüyü deyilən Ziyadan AÇIQLAMA: "Sübutlarım mövcuddur..."

Razini döydüyü deyilən Ziyadan AÇIQLAMA:

Model Razi Əliyevaya şiddət göstərdiyi iddia edilən iş adamı Ziya Hüseynzadə açıqlama verib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb.

 

Hüseynzadənin sözlərinə görə, R. Əliyevanın yazışmalarını ifşa edən səhifəni o açmayıb:

 

"Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyatı yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia edən Razi Əliyevanın insan alverində etirafı ilə videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır ki, onun qanunsuz hərəkətləri araşdırılmasın. Lakin mən Azərbaycan Respublikasının polisinin ədalətinə əminəm!".


OXŞAR XƏBƏRLƏR