“Yekə-yekə arvadlar ora-buralarını tərpədə-tərpədə, yelləyə-yelləyə...” - Yazıçıdan aktrisaya SƏRT SÖZLƏR

“Yekə-yekə arvadlar ora-buralarını tərpədə-tərpədə, yelləyə-yelləyə...” - Yazıçıdan aktrisaya SƏRT SÖZLƏR

Tanınmış aktrisa Sonaxanım Əliyevanın kişilər haqda fikirləri müzakirələrə səbəb olub. Sənətçi çalışdığı bu illər ərzində tanımadığı kişilər tərəfindən müxtəlif təkliflər aldığını bildirib. Ümumiyyətlə, tez-tez biz məşhurların kişilərdən gileyləndiyinin şahidi oluruq. Onlar deyirlər ki, hətta evli, yaşlı-başlı kişilərdən də müxtəlif təkliflər, hədiyyələr alırlar. 

 

Bəs görəsən, buna səbəb qadınlarının özlərinin davranışıdır, yoxsa Azərbaycan kişiləri şorgözdür?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı-pulbisist Xeyrəddin Qoca yaşlı kişilərin bu cür addımlar atmasını tərbiyəsizlik adlandırıb:

 

“Görünür, bizdə qadınlar gözəldirlər, kişilər də gözəllik "vurğunudurlar"! İndi dırnaq arasına aldığım sözün mənalarını açıqlayacağam. "Gözəllik" və "vurğunluq" gəncliyə xas olan xüsusiyyətlərdir və bu təbii hesab olunur. Bir də var, düşük "kişilərin" harada qadın, qız görsələr, çevrilib baxmalarına, bəzən onlara söz atmalarına, bu tərbiyəsizlikdir, bir az da namussuzluqdur! Həmin "kişilər" təsəvvür etsinlər ki, onların ailəsinə, analarına, bacılarıına pis gözlə baxırlar! Yəqin, xoşlarına gəlməz! Məsələ burasındadır ki, kişi qadına baxar, amma ana, bacı gözü ilə! "Kaş mənim belə ləyaqətli bacım ola, həyat yoldaşım ola" qibtəsi ilə baxar. Yoxsa, bizim çoxluq təşkil edən "kişilər" kimi yox!” 

 

Yazıçı qeyd edib ki, bu məsələdə bəzi qadınların da günahı var. O, bəzən qadınların həddindən ziyadə açıq-saçıq geyinməsini sərt tənqid edib:

 

“Bəzi qadınların təqsiri varmı? Var! Küçəyə elə geyinib çıxırlar ki, iş yerinə elə əndrabadi paltarda gəlirlər ki, görünməyən bir-iki yerləri qalır! Səhnələr, efirlər lap biabırçıdır! Yekə-yekə arvadlar (məhz, arvadlar!) ora-buralarını tərpədə-tərpədə, yelləyə-yelləyə bəzi əzalarını nümayiş etdirirlər! Bir sözlə, kimlərinsə gözlərinə girməyə çalışırlar! Yəqin ki, kişilərin! Belədə "yazıq" kişiləri qınamaq olmaz! 

 

Aktrisa Sonaxanım Əliyevanın isə qızının aktrisa olmasını istəməməsi də belə narahatlıqlarla əlaqədardır... 

 

Bəzən kişilər qadınları, bəzən də qadınlar kişiləri düz yoldan çıxarmağa çalışırlar. Bu da kənardan çox ləyaqətsiz görünür! Mədəni, namuslu qadınlar və kişilər həmişə ətrafdakılar tərəfindən sevilirlər, hər yerdə onlara hörmət edilir. Kişi də, qadın da ləyaqətlərini qorumalıdırlar! Ləyaqətsizlik heç kimə şərəf gətirmir! 

 

Tanıdığım biri vardı, ayrı-ayrı yerlərdə iki arvad saxlayırdı! Dedim ki, ayıb deyil, sənin uşaqların da var, cavab verdi ki, " buna da kişilik lazımdır!"  Baxın, belə kişilər də var! Görün, bu yaramaz kişiliyi nədə görür, iki arvad saxlamaqda! 

 

Namusdan, qeyrətdən çox danışırıq! Namusu, qeyrəti olan həyatını təmiz yaşayar!..” 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...