Lənkəranda avtomobil 14 yaşlı yeniyetməni vurub
Cəmiyyət
16:55 / 30.05.2023
3077
Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.
Lerik rayonunun Rvarud kənd sakini 1974 - cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.