“Bakubus” avtobusunu daşladılar
Cəmiyyət
15:40 / 30.05.2023
2777
Bakının Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Kənar Dairəvi yol 8-in qarşısında naməlum şəxs “Bakubus” MMC-yə məxsus olan və 211 saylı xətt üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusun şüşəsini daşla sındırıb.
Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb. Xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edilib.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.