Logo

Binəqədidə taksi sürücüsü sərnişini maşından atdı

Binəqədidə taksi sürücüsü sərnişini maşından atdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR