Logo

"Pirus" markalı avtomobildə narkotik vasitə aşkarlandı

"Pirus" markalı avtomobildə narkotik vasitə aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suraxanı DYPŞ -nın əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Sfera.az-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kq 26 qr heroin aşkarlanıb.

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR