Logo

Azərbaycan əhalisinin çəki və boyu AÇIQLANDI: Kişilər qadınlara nisbətən...

Azərbaycan əhalisinin çəki və boyu AÇIQLANDI: Kişilər qadınlara nisbətən...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin nəticələrinə əsasən, Azərbaycan əhalisinin orta boy və çəki göstəriciləri açıqlanıb.

Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, yaşı 15-dən yuxarı olan insanların orta çəkisi 69,6 kq, orta boyu 167,5 sm-dir.

Məlumatlara əsasən, Azərbaycan əhalisinin 8,8 faizi artıq çəkiyə sahibdir. Bu göstərici 45-64 yaşlarda 14,7 faizə, 65 və yuxarı yaşda 16,5 faizə qədər artır.

Kişilərin həm boyu, həm də çəkisi qadınlarla müqayisədə artıqdır. Kişiləri orta çəkisi 73,6 kq, orta boyu 171,4 sm-dir. Qadınların isə orta çəkisi 66 kq, boyu 163,8 sm-dir.

Kişilərin 4 faizi, qadınların isə 5 faizi artıq çəkidən əziyyət çəkir. Statistik müayinələr üzə çıxarıb ki, həm kişilər, həm də qadınlar 45-64 yaş aralığında daha yüksək çəkiyə sahib olur.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR