Logo

Bələdiyyə sədrini və ərini öldürənə ömürlük həbs

Bələdiyyə sədrini və ərini öldürənə ömürlük həbs
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və ərini qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ülkər Yusibova müdafiə çıxışı edib. O, müdafiə etdiyi şəxsə müddətli cəza verilməsini məhkəmədən xahiş edib Fədai Hüseynov son sözlə çıxış edib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Fədail Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən proses təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası tələb etmişdi.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR