Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərdi - VİDEO

Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərdi - VİDEO

Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

 

Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “Qaz-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.

 

Araşdırmalar davam etdirilir.

 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...