Xərçəng riskini azaldan 5 TƏRƏVƏZ

Xərçəng riskini azaldan 5 TƏRƏVƏZ

Bəzi tərəvəzlər xərçəngin başlanğıcı və inkişafı ilə mübarizə aparmağa kömək edir.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda rusiyalı terapevt Svetlana Nikitina "MedicForum"a danışıb.

 

Onun sözlərinə görə, bəzi tərəvəzlər müxtəlif digər faydalarla yanaşı, sağlam hüceyrələrin böyüməsini təşviq edir ki, bu da xərçəng riskini effektiv şəkildə azaltmağa kömək edir.

 

Brokoli

 

Brokolinin tərkibində xərçəng əleyhinə xüsusiyyətlərə malik olan sulforafan var. Tədqiqatlar göstərdi ki, sulforafanın döş xərçəngi hüceyrələrinin ölçüsünü və sayını təsirli şəkildə 75 faiz azalda bilər.

 

Pomidor

 

Pomidor likopenlə doymuş tərəvəzdir, istifadəsi də xərçəng əleyhinə təsir göstərir. Xüsusilə tədqiqatçılar onun prostat xərçəngi ilə mübarizədə faydalılığından danışırlar. Amerika Xərçəng Araşdırmaları İnstitutu tərəfindən heyvanlar üzərində aparılan sınaqlar likopenin xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq qabiliyyətini nümayiş etdirib.

 

Sarımsaq

 

Sarımsaq müxtəlif araşdırmalara görə xərçəng hüceyrələrini "öldürə" bilən allisin kimi tanınan aktiv birləşmə ilə zəngindir. Alimlər sarımsağın müntəzəm istehlakını kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirərək, onun xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaq və iltihabı azaltmaq qabiliyyətini qeyd ediblər.

 

Lobya

 

Lif və proteinlə zəngin olan lobya yemək kolorektal xərçəngdən qorunmağa kömək edə bilər.

 

İspanaq

 

Yaşıl yarpaqlı tərəvəzlər beta-karoten və lutein antioksidantlarının mənbəyidir. Antioksidanlar bədəndə sərbəst radikalların və kanserogenlərin qarşısını almağa kömək edir. Bundan əlavə, ispanaqda xərçəng hüceyrələrinin inkişafının qarşısını alan C vitamini var.


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...