Logo

13 yaşlı Əfsanə qaçıran kişinin həyat yoldaşı: "Böyük uşağımın 12 yaşı var"

13 yaşlı Əfsanə qaçıran kişinin həyat yoldaşı: "Böyük uşağımın 12 yaşı var"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“O çoxdan telefonda qızlarla danışırdı”.

Bu sözləri tovuzlu 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə yanına qaçdığı Xaçmaz sakini Səfər Kavazovun həyat yoldaşı İTV-yə danışarkən deyib.

Qadın qeyd edib ki, bunun sonunun problem olmasını dəfələrlə ərinə bildirib:

“Buna görə neçə aydır mübahisə edirdik. Amma maaşını həmişə evə gətirirdi. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.

Ətraflı videonu təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR