Azərbaycanda hansı tikinti materialları bahalaşıb? - SİYAHI

Azərbaycanda hansı tikinti materialları bahalaşıb? - SİYAHI

“Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiymətinə az təsir edib”.

 

Sfera.az xəbər verir ki, bu “Trend”ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

 

Onun sözlərinə görə, yalnız bir neçə materialın qiymətində cüzi artım var.

 

“Əsasən dəmir və armaturların qiymətində 20%-ə qədər bahalaşma var. Sement məhsullarında qiymət bir qədər artıb. Belə ki, əvvəl bir kisə sement 6,50 manat idisə, hazırda qiymətlər 7-8 manat arasında dəyişir. Çınqıl və qumun qiymətində də artım var. Bir kisədə 80 qəpik bahalaşma müşahidə olunur”.

 

Ekspert bildirib ki, taxtanın qiyməti isə bir neçə aydır bir kuba görə 350-380, bitium isə 22 manatdır.

 

“Kərpic və mişar daşının qiymətində heç bir dəyişiklik yoxdur. Bu materialların qiymətinin artması əsasən daşımalarda tətbiq edilən qadağalara görədir. Belə ki, əvvəllər yük daşıyan maşınlar bir qədər artıq götürüb ucuz satırdılar. İndi isə mümkün deyil. Ölkəmizə əsasən tikinti materialları Rusiya və Türkiyədən idxal olunur. Son dövrlər bir neçə ölkənin Rusiyaya qoyduğu sanksiyalardan dolayı ölkəmizə tikinti materiallarının idxalı artıb”,- deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...