Binəqədidə 50-yə yaxın ev soyuldu - VİDEO

Binəqədidə 50-yə yaxın ev soyuldu - VİDEO

Binəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. İlkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1.222 türk lirəsi, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.

 

Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.

 

Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...