“Valideynin başı telefona qarışır, sonra isə...” – 13 yaşlı qızın qaçırılmasına REAKSİYA

“Valideynin başı telefona qarışır, sonra isə...” – 13 yaşlı qızın qaçırılmasına REAKSİYA

Tovuzda itkin düşən və daha sonra Xaçmazdan tapılan 13 yaşlı Əfsanə Tağıyevanın qaçırılması sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Xüsusilə, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşının olması, digər sevgilisinin isə TikTok” platforması üzərindən açıqlamaları birmənalı qarşılanmayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, sosial şəbəkələrdən istifadənin artması müəyyən problemlərə yol açıb:

 

“Amma burada əsas problem birbaşa valideyn nəzarətsizliyidir. Valideynlər ancaq çalışır ki, pul qazansınlar, övladlarının bütün istəklərini həyata keçirə bilsinlər, amma onları sevgidən-diqqətdən, qayğıdan kənar qoyurlar. Sevgini sözlə, diqqəti isə davranışlarla çatdırmaq lazımdır. Bununla övladının qayğısına qaldığını göstərməlisən. Amma bizim valideynlər nəyisə alaraq, harasa apararaq düşünür ki, uşağını sevgi, qayğı ilə təmin edir. Bu, belə deyil. İndiki valideynlərin də başı daha çox telefona qarışdığı üçün diqqət yetirə bilmədiyi uşağı bunu kənarda axtarmağa başlayır. Bu zaman artıq azyaşlı sosial şəbəkələrdə kimlərləsə danışmağa çalışır, qarşı tərəfin xoş sözünə aldanır, ona aşiq olunduğunu düşünür. Yəni yeniyetmə sevgi əksikliyini sosial şəbəkədə axtarır. Qızlar isə daha çox qulağı ilə sevir və proseslər bu cür baş verir: qarşı tərəfə bağlanır, onu sevir, qoşulub qaçır. Bu gün təəssüf ki, ən çox azyaşlılar arasında belə hallar müşahidə olunur”.

 

Müsahibimiz bildirib ki, valideyn yeniyetməlik dönəmində övladına ciddi nəzarət etməlidir:

 

“Onların psixologiyası fərqli olur. Yeniyetmələr bəzən daha az sevildiyini hiss edirlər, arzularının həyata keçmədiyini düşünürlər, bəzən özlərini həddindən artıq azad, bütün problemlərini həll edə biləcək biri kimi təsəvvür edirlər və s. Ona görə də 12-17 arası uşaqlara xüsusi diqqət etmək lazımdır. Onlar bu yaşda həyatı ağ və qara görürlər, digər rənglərin fərqində deyillər. Son zamanlar bəzi kişilər də azyaşlılara tamah salır. Bu insanlar pedofildir. Normal 40 yaşlarında olan biri öz yaşına yaxın xanımı sevə bilər. Çarəsiz uşaqdan istifadə etmək xəstəlikdir. Bu cür insanlar hökmən qanun qarşısında cəzalandırılmalıdır. Belə olmadığı təqdirdə, oxşar hadisələrin sayı artacaq. Qız uşağı isə özündən yaşca böyük kişiyə meyl edirsə, burada atasının diqqətsizliyi faktoru rol oynayır. Ümumiyyətlə, valideynlər diqqətli olmalıdır, zərər təkcə yaxından deyil, tanımadığımız adamlardan da gələ bilir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...