Qobustandakı dəhşətli qəzada həlak olan gənc qızın nişanlısı ilə son paylaşımı - VİDEO

Qobustandakı dəhşətli qəzada həlak olan gənc qızın nişanlısı ilə son paylaşımı - VİDEO

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə boğdu.

 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən beş nəfərdən ikisi - 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Əmrah Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Səmayə Talıbovanın Bakıya yola düşərkən paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərini təsirləndirib. Gənc qız son paylaşımına “hazırlaşın, nişanlanırıq” şəklində qeyd əlavə edibmiş.

Xatırladaq ki, ötən gün Qobustanda baş verən dəhşətli qəzada dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.

 

Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

 

Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.(Oxu.Az)

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...